"Təklif edirəm ki, bu il şəhidlərimizin xatirəsinə Şam ağacı bəzəməyək".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. İzləyicilərinə müraciət edən sənətçi Yeni il gecəsi bayram etməyəcəyini də bildirib:
"Həmin gecə evimizdə ziyafət, çal-çağır, atəşfəşanlıq olmasın. Həmin gün hamımız özümüzü şəhid anasının yerinə qoyaq. Öz oğlumuz şəhid olsa evimizdə Şam ağacı bəzəyərdik? Hamımız şəhid anası, bacısıyıq. Ora xərclədiyimiz pulu hərəmiz bir bir şəhid ailəsinə kömək edək. Dostlarımdan kimsə bu savab əmələ qoşulmaq istəsə, mənə zəng etsin, düzgün istiqamət verəcəm".