Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər" - Nura Suri

"Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər" - Nura Suri

Müğənni Nura Suri "O kimdir" verilişindəki açıqlamaları ilə gündəmə gəlib.

Sənətçi kişi-qadın münasibətlərindən danışıb. O bildirib ki, heç vaxt maddi gücü zəif olan insanla ailə qurmaz:

 

"İndiki dövrdə hər şeyi pulla almaq olar. Kasıb insanla ailə qurmaram. Hisslərim beynimi yox, beynim hisslərimi idarə edir. Həyatımda bir dəfə sevmişəm, bəzi səbəblərə görə, sevə-sevə ayrılmışıq. Sonra hiss edəndəki kimisə sevə bilərəm, elə edirəm başlamasın.  Mənə sevgi yox, hörmət lazımdır. Yanımdakı insan qədrimi bilsin, hörmət etsin. Sevir, ya sevmir mənə maraqlı deyil. Sevgi nəyə deyirlər, bilmirəm? Düşünmürəm ki, uşaqlarımdan başqa kimisə sevmişəm".

Nura ailəli bəylə münasibət yaşayan qadınlardan bəhs edib:

"Həyatı boyu evli insanla münasibətdə olmamışam. Bizdə türklərdəki kimi deyil. Həyatı boyu elə açıq-saçıq olmayacağıq. Bizdə ictimaiyyətin fikrindən qorxu hissi var. Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər. Ona görə də ad çəkmək variant deyil. Bizdə üstündə qız adı varsa, oğlana sevgilim deyə bilmir. Nə o yanlığıq, nə bu yanlıq"