"Azərbaycanda sözünü demiş, xarakteri olan az sayda mədəniyyət siması var. Aygün Kazımova öz yerində olan müğənnidir. O, estrada ulduzu kimi nə lazımdırsa, yüksək səviyyədə yerinə yetirib. İki, üç il səhnəyə çıxmasa belə, Aygün Kazımovadır".
Bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. Aparıcı Xalq artisti Aygün Kazımova ilə bağlı etiraf edib:
"Mən də Aygün Kazımovanın fanatı olmuşam, indi də eləyəm. Onun böyük ürəyi var. Uzun illərdir bir-birimizi tanımışıq. Hər zaman ürəyimdə olub. Onun mərdliyini görmüşəm. Həm məni təəccübləndirdi, həm təsirləndirdi. Aygün xanımla işbirliyi olan bir insan ağır xəstələndi. Onlar uzun illər idi küsmüşdü. Ona dəstək lazım idi, fikirləşdim ki, görəsən Aygün Kazımovaya deyim? Dedim, filankəs xəstədir, çox ehtiyacı var. Ağladı, artıqlaması ilə dəstəyini göstərdi. Elə bil ki, adamın həyatını xilas etdi".