Bu gün Xalq artisti Zeynəb Xanlarovanın 86 yaşı tamam olur.
Axşam.az xəbər verir ki, bu münasibətlə paylaşım edən aparıcı Sərxan Kərəmoğlu Z.Xanlarova ilə bağlı maraqlı bir nüansı izləyiciləri ilə bölüşüb.
O, Türkiyənin 8-ci prezidenti Turqut Özalın xanımı Səmra Özalın illər əvvəl ona Zeynəb Xanlarovanın ölkə tarixində konsert verməsi üçün özəl təyyarə ilə gətirilən sənətçi olduğunu vurğulayıb:
"Bir gün Səmra Özal, rəhmətlik Turqut Özalın həyat yoldaşı dedi ki, Zeynəb xanımdan uzun zamandır xəbərim yoxdur. Zeynəb xanıma zəng vurdum və söylədim ki, Səmra xanım sizi soruşdu. Dedi bəs niyə nömrəmi verməmisən, mən o xanımı çox sevirəm. Səmra xanım söhbət əsnasında dedi ki, Türkiyə Cümhuriyyətində tək hadisədir ki, dövlət bir sənətçi üçün özəl təyyarə göndərdi ki, Zeynəb xanım öz kollektivi ilə gəlib konsert versin. İnanın bu sözləri eşitmək mənim üçün çox qürurverici idi. O vaxt tək Turqut Özalın deyil, hər kəsin sevimlisi idi. Dünyanın Zeynəbi dedi. 28 dekabr dünyanın Zeynəbinin ad günüdür. Mənim dəyərli bacım, sizi ürəkdən təbrik edirəm və demək istəyirəm ki, mən sizi ömürlük sevirəm".