Rəhim Rəhimlinin vəfatından sonra ilk mahnısı işıq üzü gördü.
"Qağayı” adlı mahnını mərhum sənətçi sağlığında Zara ilə ifa etsə də, o, həmin dueti məhz bugünə, yəni, Rəhim Rəhimlinin doğum günü ekran həyatı verərək yayıblayıb.
Zara fikirlərini belə bölüşüb:
“Mənim üçün həm sevincli həmdə olduqca həyəcanlı bir andır. Uzun zamandır əziz dostum, dəyərli insan və xalqın sevimlisi olan Rəhim Rəhimli ilə birlikdə bu duetimiz üzərində çalışırdıq. Onun vaxtsız vəfatı bizim layihəmizi yarım qoysada, qısa zaman ərzində mən və peşəkar komandamız Rəhimin doğum gününə qədər yarım qalmış proektimizi tamamladıq. Ümid edirəm ki ruhu şaddır. Doğum günün mübarək əziz həmkarım, dəyərli dostum”
Xatırladaq ki uzun illərdir rəqqasə kimi fəaliyyət göstərən Zara ifaçı kimi debut layhiəsidir.