Müğənni Zamiq Hüseynov geyinmədiyi geyimləri qohumlarına verir.
Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" proqramında istifadə etdiyi geyimlərindən danışıb. O bildirib ki, paltarları geyindikdən sonra imkansız qohumlarına verir:
"Qohumlar arasında çox kasıb insanlar var. Hər üç, dörd aydan bir geyimlərimi onlara verirəm. Deyirlər ki, güya geyimləri kiməsə verəndə öz enerjini onlara verirsən. Amma mən bu deyimlərə inanmıram. İllərdir ki, geyimlərimi qohumlarıma verirəm. Hansı qohumum mənimlə eyni ölçüdədirsə, ayaqqabılarımı, pencəklərimi və sairə əşyalarımı bağışlayıram".