Sosial şəbəkə fenomeni Bayram Nurlu dəbdəbəli nişan mərasimi ilə ölkə gündəmini zəbt etsə də, ekstrasens nişanını qaytardığı məlum olub.
SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, buna səbəb Bayram Nurlunun qaynanası ilə yola getməməsi olub. Belə ki, heç bir məclisdə iştirak etməyən qaynananın ötən ilin sonu xaricdə dəbdəbəli otellərdən birində Bayramla dalaşması, bu izdivacın sonlanması üçün son damla olub.
Fenomenin qayınatası gələcək kürəkəni ilə yoldaşını barışdırmaq istəyi isə yeni qalmaqala səbəb olub. Ailəyə yaxın mənbənin sözlərinə görə, bu görüşdə masada olan bütün qab-qaşıq sınıb. Bayram isə nişan üzüyünü masanın üzərinə qoyaraq, məkanı tərk edib.
Bayram nişanlısı və qaynanası ilə münasibəti tamam kəssə də, eks qaynatası ilə hələ də dostluq münasibəti qalır.
Yaşadığı hadisədən depressiya yaşayan fenomen olanları unutmaq üçün qış tətilinə yollanıb. O, hazırda Moskvada ən lüks oteldə qalır və tətilini davam etdirir.