Rejissor Ceyms Kemeronun "Avatar: Su yolu" filmi yeni rekorda imza atıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi dünyanın ən çox gəlir gətirən 10 filmi sırasına daxil olub.
Film həftəsonu dünya miqyasında kassada 1,7 milyard dollar gəlir əldə edib.
Qeyd edək ki, Kameronun "Titanik", "Avatar" və "Avatar 2" filmlərinin hər biri 1,5 milyard dollardan çox pul qazandırıb.