Müğənni Doğuşun DNT analizlərinin nəticələri açıqlanıb.
Özünü Doğuşun oğlu kimi təqdim edən Seyid adlı gəncin sənətçinin övladı olmadığı üzə çıxıb.
Qan və saçdan götürülən nümunələrin nəticələrinə görə müğənni ilə Seyidin 99,99 faiz heç bir bağlılığı yoxdur.
Qeyd edək ki, 22 yaşlı Seyid Doğuşun oğlu olduğunu iddia edərək, onu məhkəməyə vermişdi. Sənətçi də bunun qarşılığında DNT testi vermişdi.