“Çoxları elə bilir ki, Pərvin "Tiktok"dan qazandığı pulla özünə maşın alıb, yeyir, içir, gəzir. Mən onsuz da lüks həyatı sevmişəm və bunu özümə yaşatmışam. Bunu "Tiktok"a gələndən sonra etməmişəm"
Bu sözləri aktrisa Pərvin Abıyeva "7 canlı" verilişində deyib. O, sosial şəbəkədən qazandığı məbləğin böyük hissəsini xeyriyyə məqsədiylə xərclədiyini bildirib:
"Oradan gələn pulun 70 faizini xeyriyyə işinə verirəm, ya da hədiyyə şəklində fırladıb atıram. Baxdığım xüsusi ailələr var, onlara da yardım edirəm. Heç kim deməsin ki, Pərvin oranın puluyla kef edir".