Aktyor Fərda Amin açıqlaması ilə diqqət çəkib.
Sənətçi “Şou xəbər” proqramına açıqlamasında qadın paltarı geyinib səhnə göstərən həmkarlarından danışıb.
Fərda qeyd edib ki, sözünün kəsəri varsa, xanım geyimində səhnəcik göstərməyə lüzum yoxdur:
“Qadın paltarı geyinib atılıb düşməyə ehtiyac yoxdur. Bunu özümə qadağan etmişəm. Sözünün dəyəri varsa, insanlar güləcək. Məni filmə dəvət edən dostlarım da bilir ki, belə şeylər etmirəm. İnsanları yəni sözlə güldürmürəm? Əgər sözüm tükənsə, geyim barədə seçim qarşısında qalaramsa, səhnədən gedərəm”.