Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nigar Şabanova növbəti dəfə estetik əməliyyat etdirdi

Nigar Şabanova növbəti dəfə estetik əməliyyat etdirdi

Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.  

Nigar klinikaların birində palatada güzgü önündə xəstə geyimində çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək üzündən əməliyyat olunacağını yazıb.  

"Tezliklə stressdən, yorğun düşmüş üzümdən kompleks daşıdığım yanaqlardan əsər də qalmayacaq", - deyə Nigar bildirib.  

Bizim.Media
-nın əməkdaşı Nigar Şabanova ilə əlaqə saxlayıb. Sənətçi artıq əməliyyat olunduğunu və cərrahi müdaxilənin uğurla keçdiyini, lakin ağrılarının olduğunu açıqlayıb:

"Sonuncu efirdə yanaqlarıma baxıb, dəhşət kompleks keçirdim. Anidən qərar verdim ki, yanaqlarımın həcmini kiçildim. Çox ağır əməliyyatdır. Ümüd edirəm istədiyim nəticəni əldə edəcəyəm".
Qeyd edək ki, ötən ilin sonları Nigar Şabanova bədənşəkilləndirmə əməliyyatı keçirərək, qarın piylərindən azad olunub.