Əməkdar artist Bəhram Bağırzadənin müzakirəyə səbəb olan “rayonlu-şəhərli” açıqlamasının bir müddət sonra gündəmə gətirilməsi gərginliyi daha da artırıb.
OLAY yazır ki, əksər mədəniyyət üzvləri Bağırzadənin fikirlərini təqnid edir, sosial şəbəkələrdə aktyor linçlərə məruz qalır.
Tanınmış alim Rəşid Mahmudov da qalmaqal şərh verərkən “mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər”,- deyə bildirib.
Bu isə Xalq artisti Brilliant Dadaşovanın xoşuna gəlməyib. Ustad müğənni instaqramda R. Mahmudovun xəbərinə şərh yazaraq B. Bağırzadənin fikirlərinin təhrif olunduğu, alimin məsələyə doğru yanaşmadığını vurğulayıb:
“Bu nə söhbətdir? Biz rayonlular , o şəhərlilər ? Bu söhbətləri kim təhrif edir? Bəhramın nə dediyini anlamadan bu nə sözbazlıqdır yayırsız? Bu ataya Bəhramın sözlərini kim tərsəməssəb anladıb?Bakı hamımızın gözəl paytaxdı, canımızdır. Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdinin? Musa Nağıyevin? Yusif Dadaşovun damı ? Azərbaycanın Bakı, Gəncə, Şamaxı ,Şəki, Qarabağ ,Naxçıvan və bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq . Həmçinin də ziyalılarımız”.