Televiziyadan uzaqlaşan tanınmış aparıcı Azər Zahid "Tik-Tok" sosial şəbəkədəsində veriliş açmaqla rekorda imza atıb.
SHOWNEWS.AZ xəbər verir ki, adı çəkilən sosial şəbəkənin bu gün "Təkərdə" realiti şousu başlayıb. Realiti şouda "Tik-Tok"un ən məşhur və qalmaqallı yayımçıları iştirak edir.
Bu gün "Təkərdə" realiti şousunun ilk günü olmasına baxmayaraq, verilişini eyni anda 47 mindən çox insan izləyib. Bu isə ölkədə rekorddur.