“Kirayələr kraliçasıyam. 19 ildir… Həyat yoldaşımla 8 ildir ki, ayrılmışam. Sadəcə bu haqda danışmırdım. Uşaqlara da özüm baxıram”.
Bu sözləri aktrisa Mətanət Eres “Bizimləsən” verilişində deyib.
Aktrisa keçmiş həyat yoldaşının ona və övladlarına baxmadığını etiraf edib: “Uşaqlara mən baxıram. Aliment də ödəmir. Bir-iki aydır ki, bir az aliment ödəyib. Yığılanlar da qalıb. 2017-ci ildən bu yana aliment ödəmir. Bu yaxınlarda onu yenidən məhkəməyə vermişəm. Həyat yoldaşımdan uşaqlarımıza baxmadığına görə ayrılmışam. Bir övladımın da səhhətində problemi var. Tək qazancım teatrdan və çəkilişlərdəndir. Heç bir aya min manat qazanmıram. 400 manat kirayə pulu ödəyirəm. Buna da şükür, amma çox çətindir. Həyat yoldaşım gedib maaşını aşağı saldırıb ki, aliment ödəməsin. İki oğul övladım var. Birinin 18 yaşı var, birinin isə 15 yaşı var. 15 yaşlı oğlum birinci tip şəkər xəstəsidir".