Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəhid olduğu deyilən mayor evinə SAĞ QAYITDI

Şəhid olduğu deyilən mayor evinə SAĞ QAYITDI

44 günlük Vətən mübaribəsində tarix yazanlardan biri də mayor Xəyyam Əliyevdir.

SHOWNEWS.AZ "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Füzili istiqamətində gedən qızğın döyüşlərdə mayor Xəyyam Əliyevin komandiri olduğu motoatıcı tabor düşmənə ağır zərbələr vuraraq iki keçilməz istehkamı qısa vaxt ərzində düşməndən təmizləyib.

Növbəti həmlədə minaatan mərmi komandirin yanına düşərək onu ölümcül yaralayıb. O, baş nahiyəsindən ağır yaralanaraq sol gözünü itirib.

Mayor, tabeliyində olan hərbçilərə tapşırır ki, "mənə fikir verməyin, siz irəliləməyə davam edin". Sonradan düşən mərmiləri isə onun üstünü torpaqla örtüb.

Xəyyam yaralandıqdan sonra onun şəhid olduğu xəbəri yayılıb. Qazaxda yaşadığı ünvanda hər kəs onun nəşini gözləyib, hazırlıq görürmüş. Bu ərəfədə onun bacısına gələn zəng isə hər şeyi dəyişib.

Xəyyam Əliyevin ailəsi hospitala dəvət olunub. Kimliyi bilinməyən yaralılar arasında müalicə olunanlardan biri də mayor Xəyyam Əliyevin olduğu üzə çıxıb.

Xəyyam Əliyevin atası Şəadət Əliyev özü də həm Əfqanıstan, həm də birinci Qarabağ müharibələrinin iştirakçısıdır. O, yeganə oğlunun hərbçi olmağını ailəsinin istədiyini deyib.

Xəyyam müharibədə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.