“Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Ancaq bu müddət sabah başa çatır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlayıb.
V.Bayramov qeyd edib ki, “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı: “Əgər müvafiq maddədə düzəliş edilməyəcəksə, sabahdan əmanətlərə vergi hesablanacaq”.