ABŞ-nin Azərbaycandakı səfirliyi Beynəlxalq Olimpiadada qalib olan azərbaycanlı məktəbli Qəndab Məmmədova ilə bağlı paylaşım edib.
Paylaşımda Azərbaycanı dünyada layiqincə təmsil edən məktəbliyə uğurlar arzulanıb: “ABŞ-də keçirilən Beynəlxalq Olimpiadada qızıl medal qazanan azərbaycanlı orta məktəb şagirdi ilə bağlı şad xəbərlərdən bir neçəsini bölüşməkdən məmnunuq. Qəndab Məmmədova Rays Universitetində keçirilən fizika və astronomiya üzrə Kopernik Olimpiadasında Azərbaycanı qlobal səhnədə təmsil edib və qızıl medal qazanıb. Qəndabı təbrik edirik!”
Qeyd edək ki, Q. Məmmədova Bakı şəhər 279 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. O, 29 ölkənin iştirak etdiyi yarışda qalib olub.