Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşlarına dəstəyin göstərilməsi məqsədilə Türkiyədəki səfirliyimiz tərəfindən Operativ Qərargah yaradılıb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşlarına olduqları yerdə Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq, qarşılaşdıqları çətinliklərlə əlaqədar yaşadıqları ərazinin səfirlik tərəfindən təyin olunmuş cavabdeh şəxsləri ilə mütəmadi olaraq əlaqə saxlamaq tövsiyə olunur.
Səfirlik həmçinin bölgələr üzrə məsul şəxslərin ad və telefon nömrələrini açıqlayıb. Həmin nömrələri təqdim edirik: