Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

AZAL Türkiyədə zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başladı

AZAL Türkiyədə zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başladı

Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.

 

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Türkiyənin aşağıdakı şəhərlərində baş vermiş zəlzələ səbəbindən:

Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Malatya, Diyarbəkir, Mardin, Batman, Ərzurum, Ərzincan, Sivas, Şırnak, Siirt, Van, Muş, Bingöl, Ağrı, Iğdır, Adana, Qars, Rizə, Trabzon, Giresun, Ordu, Samsun, Tokat, Merzifon, Kayseri, Adıyaman, Hatay, Elazığ, Nevşehir, Kastamonu və Sinop, Ankara, İstanbul, İzmir və Antalyanın beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla, “involuntary” proseduru çərçivəsində geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur.