Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva dünyasını dəyişib.
Bu barədə BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova öz feysbuk hesabında məlumat yayıb.
E.Mustafayevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, 35 yaşlı sektor müdiri PR sahəsində tanınmış mütəxəssislərdən idi. O, 3 ay əvvəl ailə həyatı qurmuşdu.