Tanınmış bələdçi Riad Hüseynovun məhkəmə işi baş tutub.
SHOWNEWS.AZ xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baş tutan məhkəmə iclasında qərar bələdçinin xeyrinə verilib.
Belə ki, iş yenidən baxılması üçün Sabunçu Rayon Polis İdarəsinə İstintaqına qaytarılıb.
Keçirilən məhkəmə iclasından danışan zərərçəkən R. Hüseynəliyev ədalətli qərardan razı qaldığını bildirdi:
"İlk növbədə Elnurə xanıma təşəkkür edirəm. Mən qanunlarımıza, onların aliliyinə inanıram. İnanıram ki, ədalətli qərar veriləcək".
Qeyd edək ki, R. Hüseynov rus dilində telefonla anası ilə danışdığı üçün naməlum şəxs tərəfindən döyüldüyünü açıqlayıb. O, aldığı zərbələrin təsirindən bir ay müalicə olunub.