Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.
Bu barədə onun rəsmi səhifəsində məlumat verilib.
Hacı Şahinin hansı səbəbdən vəfat etdiyi açıqlanmasa da, ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edilib ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.