Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda lüks maşının sürücüsündən xanımlara əxlaqsız hərəkət - VİDEO

Bakıda lüks maşının sürücüsündən xanımlara əxlaqsız hərəkət - VİDEO

Bakı şəhərində bahalı avtomobillə küçədən keçən cavan xanımlara əxlaqsız təkliflər edən şəxs peyda olub.

Sözügedən şəxsin kimliyi hələlik məlum olmasa da, ancaq həmin adamın söz atdığı xanımlardan biri narahat edildiyi anın görüntülərini çəkə bilib.

Görüntülərdən də aydın olur ki, təqribən 50-55 yaşlı şəxs idarə etdiyi qara rəngli "10-CV-010” dövlət nömrə nişanlı "Lexus” markalı avtomobili ilə Bakı Slavyan Universitetinin qarşısından keçən bir xanımın arxasınca düşərək, ona sataşıb.

 

Xanım isə arxasınca düşən şəxsə "ailəliyəm” deyərək, öz narahatlığını bildirib.

 

Daha sonra isə həmin şəxs arxasınca düşüb izlədiyi xanıma "mən evli olub ayrılmışam, bəs sənin ayrılmaq fikrin yoxdur?”, deyə sual verib.

 

Sözügedən görüntüləri təqdim edirik: