Bundan sonra əlillərə adi arabalar yox, mühərrikli təkərli oturacaqlar veriləcək.
SHOWNEWS.AZ-ın məlumatına görə, Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"nı təsdiqləyib.
Yeni layihəyə əsasən, əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı 57-yə çatdırılıb. Əlilliyi olan şəxslər arasında keçirilən sorğuya əsasən onların sadə əlil arabaları daha müasir oturacaqla əvəzlənir.
Reabilitasiya vasitələrini almaq hüququ Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyalarının qərarı ilə təmin olunur.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Minik avtomobili və mühərrikli təkərli oturacağın verilməsinə gəldikdə isə, əlilliyi olan şəxsin seçiminə görə yalnız onların ikisindən biri təqdim ediləcək. Siyahı bununla da bitmir.
Bütün növ reabilitasiya vasitələri Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən təmin edilir. Minik avtomobilini isə Sosial Xidmətlər Agentliyi növbəlilik əsasında təqdim edir.
// Xəzər Xəbər