Ağdaşda azyaşlılar zəhərlənib.
Lent.az-ın məlumatına görə, rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı 2 yaşlı M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.