Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı şagird ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb

Azərbaycanlı şagird ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb

Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.

AzEdu.az verdiyi xəbərə görə ki, Sara Nabikoğlunun əksərən aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı yerlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var. O, hazırda Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də dəvət alıb.

Azərbaycanlı şagirdin seçimi Boston Universiteti olub.

Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.