İşğaldan azad olunmuş Şuşa şəhərindən yeni fotogörüntülər yayılıb.
SHOWNEWS.AZ xəbər verir ki, görüntüləri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətin üzvü, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov yayıb.
"Dağıdılan, dəyişdirilən, erməniləşdirilməyə cəhd edilən Şuşamız... Yaxşı ki, biz qayıtdıq, yaxşı ki, biz gəldik, yoxsa heç bir əlamət qalmayacaqdı köhnə Şuşadan" deyə, o bildirib.