Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ötən gün şəhid olan Elşad Həsənov DƏFN OLUNDU

Ötən gün şəhid olan Elşad Həsənov DƏFN OLUNDU

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov dəfn edilib.

APA xəbər verir ki, şəhidin nəşi doğulduğu Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.

Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.