Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

SHOWNEWS.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bayram namazının vaxtını açıqlayıb. O bildirib ki, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.

F.Nurullayev əlavə edib ki, aprelin 20-si axşam isə bayram axşamı hesab edilir. Həmin gün fitrə zəkatı verilməlidir.

F.Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.