Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə bütün məscidlərdə bayram namazı qılınıb.
Paytaxtda “Təzə Pir” məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə saat 09:00-da qılınıb.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın “Təzə Pir” məscidində bayram namazından çəkdiyi görüntüləri təqdim edirik: