Valideyn himayəsindən məhrum olan 18 yaşına çatmış şəxslər dövlət tərəfindən mənzillərlə təmin edilir.
Trend bildirir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
O qeyd edib ki, indiyə qədər bu kateqoriyadan olan şəxslər mənzillərlə təmin edilib və bu layihə mərhələli şəkildə həyata keçirilir.
"Himayədar ailədə olan uşaqların 18 yaşdan sonrakı aqibəti necə olacaq məsələsinə gəlincə, qeyd edim ki, bu gün qanunvericiliyə uyğun olaraq valideyn himayəsindən məhrum olan 18 yaşdan yuxarı şəxslər nazirlik tərəfindən mənzillərlə təmin olunur. Hətta məndə olan məlumata görə, bütün 18 yaşına çatmış valideyn himayəsindən məhrum gənclərin hamısı mənzilə təmin etmişik. Proqram davamlı xarakter daşıyır", - deyə nazir müavini əlavə edib.