Tanınmış jurnalist Ləman Ələşrəfqızı dünyasını dəyişən 7 yaşlı Fəridin ölümündə onun anası Aynur Məlikovanı ittiham edib.
SHOWNEWS.AZ xəbər verir ki, L. Ələşrəfqızı bu haqda sosial şəbəkə hesabında paylaşım edib:
"Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb. Zəng edən köhnə tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis əməkdaşlarından biri olub. O nələr görüb,nələr. Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə gələ bilmir. Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm. Görüntülər ortaya çıxandan sonra ana adlı məxluq sözlərini dəyişib. Görüntülər isə tək paylaşılanlardan ibarət deyil. Uşağa işgəncə kadrları yenə var. Bəs, bu şərəfsiz niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da məncə ana adlı o məxluqatdadır. Qısası, "ana havalanıb", " bədbəxt, zavallı ana" ifadələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır".
O, daha sonra fikrini bu cür davam edib:
"Ana istəsəydi, övladını itirməzdi. Tiryək çəkdiyini bildiyi halda uşağını niyə o adamın yanına məşqə göndərib? Məşqçi ilə aralarında nə yaşanıb? Məşqçi niyə məhz bu uşağı döyürmüş? Bəs ana niyə yalan danışıb lap əvvəldən? Görüntülər olmasa deməli hadisəni gizlədəcəkdi. Balasını bir manyakın əlində işgəncə alətinə çevirən ana ya məxluq demək hələ azdır".