Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qardaşının 1 həftə morqda qaldığını bilməyib, ÖLÜMÜNÜ SAYTDAN ÖYRƏNİB

Qardaşının 1 həftə morqda qaldığını bilməyib, ÖLÜMÜNÜ SAYTDAN ÖYRƏNİB

“Qardaşımın öldüyünü saytlardan öyrəndim. “Çingizin vəfatından xəbərim olmayıb. Dünən saat 11-12 arası jurnalistlərdən biri zəng elədi. Çingizin vəfatı ilə bağlı xəbərlər yayıldığını dedi və başsağlığı verdi. Mən inanmadım. Düşündüm ki, yalan xəbər ola bilər.  Ona da dedim ki, inanmıram, doğru xəbər ola bilməz. O, həmin xəbərin linkini mənə göndərdi”.

Bunu news24.az-a açıqlamasında Səyavuş Aslanın oğlu Eldar Aslan deyib. O bildirib ki, Çingiz Aslanovun 1 həftədir morqda qalmasından xəbəri olmayıb:

“Ondan sonra dəqiqləşdirdim, bildim ki, Çingiz vəfat edib. Onun neçə vaxt morqda qaldığından ümumiyyətlə xəbərim olmayıb. Xəbəri alandan sonra Kübra Əliyeva, Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqına və Mədəniyyət Nazirliyinə dedilər. Hazırda nəşi məscidə gətrmişik. Saat 2-dən sonra torpağa tapşıracağıq. Qardaşım anamın yanında, Yasamal qəbristanlığında dəfn olunacaq”.