Ermənistan Silahlı Qüvvələrinin ötən ilin sentyabr ayında törətdiyi təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun adı əbədiləşdirilir.
Bu barədə “Qafqazinfo”ya şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.
Onun sözlərinə görə, Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə Səbuhi Əhmədovun adı veriləcək.
Bunun üçün adiyyəti quruma təqdimat da verilib. Prosesin tezliklə rəsmiləşəcəyi gözlənilir.