Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

13 yaşlı qız ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib - İLKİN MƏLUMAT

13 yaşlı qız ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib - İLKİN MƏLUMAT

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdirilib.

 

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirlininin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.