Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ərə getmək üçün evdən qaçan 13 yaşlı qız ailəsinə təhvil verildi

Ərə getmək üçün evdən qaçan 13 yaşlı qız ailəsinə təhvil verildi

Bir neçə gün öncə Tovuzda itkin düşən və dünən Xaçmazda tapılan 13 yaşlı Əfsanə Tağıyeva ailəsinə təhvil verilib.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əfsanə Tağıyeva və ailəsi hazırda Xaçmazdadırlar.

 

Ekspertiza təyin edilib, faktla bağlı araşdırma davam etdirilir.

 

Qeyd edək ki, Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxs Xudat şəhər sakini Səfər Kavazovdur. Onun 44 yaşı var, ailəlidir. Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.

 

Ə.Tağıyeva ilkin ifadəsində ərə getmək üçün evdən qaçdığını bildirib.