Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

NK Media və MESAM-dan möhtəşəm layihə

NK Media və MESAM-dan möhtəşəm layihə NK Media şirkəti 182 ölkədə söz sahibi olan MESAM şirkəti ilə müqavilə imzalayıb. NK media bundan sonra mahnı müəlliflərinin müəllif hüquqlarını tam şəkildə qoruya biləcək. NK media bu barədə belə açıqlama edib:   “”Youtube” beynəlxalq platforması üzrə Azərbaycanda fəaliyyət göstərən NK media şirkəti “MESAM”- ın Azərbaycan tərəfdaşlığını qəbul edib.  MESAM - Meslek Birliyi bundan sonra bizim də bəstəkar və söz müəlliflərinin müəllif hüquqlarını tam şəkildə qoruya biləcək. “NK media” ölkənin ən çox baxışı olan youtube kanalları ilə əməkdaşlıq edir - Bura milyonlarla baxışı və abunəçisi olan kanallar aiddir.  Birlikdə Azərbaycan müəllifləri üçün böyük faydası olacaq bir plan da qurduq. Bu barədə tez bir zamanda açıqlama edəcəyik. Azərbaycan dövlətinə və ən əsası incəsənətinə böyük faydası olacaq layihə ilə qarşınızda olacağıq”.