Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nazir 700 bal toplayan lahıclı Vahabla görüşdü

Nazir 700 bal toplayan lahıclı Vahabla görüşdü

“Bu gün İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq “Prezident təqaüdçüsü” adını qazanan Vahab Cəbrayılovla görüşdüm”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev öz feysbuk səhifəsində bildirib.

“Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetindən (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub.

Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində yeni nailiyyətlər arzulayıram”, - deyə nazir vurğulayıb.