Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Koronavirus testi 130 manat yox, 20 manat olmalıdır” - Deputat qiymətlərə ETİRAZ ETDİ

“Koronavirus testi 130 manat yox, 20 manat olmalıdır” - Deputat qiymətlərə ETİRAZ ETDİ

Millət vəkili koronavirusla bağlı cəmiyyətdə yaranan suallara aydınlıq gətirilməsi məqsədi ilə dinləmələr keçirilməsini təklif edir.

SHOWNEWS.AZ  xəbər verir ki,  deputatlar koronavirusun başlandığı andan buna qarşı mübarizədə aktiv iştirak ediblər və bu fəaliyyətlərini davam etdirməkdədir.

“Bu gün Milli Məclisdə cəmiyyət tərəfindən qəbul edilən  tibb xadimləri də var Koronavirusla bağlı nə qədər işlər görülsə də, cəmiyyəti narahat edən suallar mövcuddur. Bunlar əsasən testlərin qiyməti,  xəstələrə müalicə pakteni təqdim edilməsində ayrı-seçkiliyə yol verilməsi kimi narahat edən məsələlər var.  Bu gün azərbaycanda testlər MDB məkanı ilə müqayisədə bahadır. Bu gün Azərbaycanda testlər 100-130 manat arasındadır. Hesab edirəm ki, bu sahədə monopoliya yaranmaqdadır. Kimlərsə yaranmış şəraitdən varlanmaq istəyir. Odur k, monopoliyanı aradan qaldırmaq və ekspress testlər  təşkil etməklə qiyməti 20-23 manata səviyyəsinə endirmək olar. Hesab edirəm ki, Milli Məclisdəki tibb xadimlərinin iştirakı ilə  cəmiyyəti narahat edən bu məsələlərlə bağlı bir dinləmə keçirilməlidir”, - Əli Məsimli bildirib.


 Milli Məclis Sədri Sahibə Qafarova da belə bir  dinləmənin  keçirilməsinə qarşı çıxmayıb. Sədr   Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova təklif edib ki, əgər belə bir dinləməyə  zərurət varsa keçirilsin.

// ölkə.az