Xəbər verdiyimiz kimi, "Miss Azərbaycan-2017"nin qalibi, model və aparıcı Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü iddia edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə bloger Aysel Şükürlü ətraflı məlumat paylaşıb.
Belə ki, o, sosial media hesabında Ziya Hüseynzadənin fotolarını izləyiciləri ilə bölüşərək bunları qeyd edib:
"Ziyanın iki uşağı var, deyəsən əkizdirlər. İndi qorxusundan səhifəsini gizli edib. Bilir ki, polislər bunu axtarır, siçan kimi gizlənib. Halbuki, onun gül kimi arvadı da var, üzünü görməmişəm, amma normal insana oxşayır. İki dənə də kukla kimi uşaq sahibidir. Öz uşaqlarını atıb, hələ qıza maşın da alır".
Qeyd edək ki, Ziya Hüseynzadə "PKF Audit Azerbaijan" ın (PKF Audit Consulting) rəhbəri vəzifəsində olarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq bir neçə ağır cinayət törətməkdə ittiham olunub.