Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dünən maşın vurub, bu gün efirdədir “Sürücüdən şikayətçi deyiləm”

Dünən maşın vurub, bu gün efirdədir “Sürücüdən şikayətçi deyiləm”

Dünən  prodüser Tolikin (Tarix Əliyev) ad günündən çıxarkən avtomobil tərəfindən vurulan vəkil Şəfiqə Nağıyeva bu gün canlı efirə çıxıb.

OLAY yazır ki, o, ekspert qismində MTV-də yayımlanan “Ümidlə gəl” proqramında yer alıb. Nağıyeva onu vuran sürücüdən şikayətçi olmayacağını deyib:

“Özümü pis hiss eləmirəm. Bu can mənim canım deyil, Allah verib və istədiyi zamanda alacaq. Düzdür, ölüm hadisəsi də ola bilərdi. Lakin hər şey yaxşıdır. Sürücünün ağır xəstə anası, ailəsi ,uşaqları var.  Mən ondan şikayətçi olmayacağam. Bu qəzadan heç kim sağ çıxa bilməzdi”.