“Sonsuz, övladsız ailələrin, bu istiqamətdə dağılan ailələrin sayı çoxalır. Nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə bu mövzuya bir çıxış yolu tapa bilirik”.
Bu fikirləri deputat Qənirə Paşayeva Milli Məclisin iclasında bildirib.
Deputat qeyd edib ki, buna görə də Reproduktiv Səhiyyə haqqında qanunu qəbul etməliyik: “Türkiyədə tibbi sığorta ilə insanlar iki dəfə tam dəstək, bir dəfə isə yarı dəstək ala bilirlər. Biz də isə belə bir dəstək ümumiyyətlə yoxdur. Düşünürəm ki, bu məsələ gündəmdə qalmalı və payız sessiyasında qanun qəbul olunmalıdır”.