“Android” əməliyyat sisteminin köhnə versiyaları ilə çalışan smartfon və planşetlərdən təhlükəsiz saytlara giriş 3 il uzadılacaq.
SHOWNEWS.AZ report-a istinadən xəbər verir ki, bir qədər əvvəl “İden Trust” sertifikatlı imzanın fəaliyyət müddəti başa çatdığına görə “Android”in 7.1-dən əvvəlki versiyaları olan cihazlardan əksər saytlara girişin 2021-ci ilin sentyabr ayınadək bağlanacağı açıqlanmışdı. Lakin sonra imza məsələsinə çarə tapıldı, artıq yeni sertifikata keçərkən istifadəçilər hər hansı dəyişiklik hiss etməyəcəklər. Bu, 2024-cü ilədək davam edəcək. O vaxtadək köhnəlmiş smartfonları yenisi ilə əvəz etmək tövsiyə olunur.