Sosial şəbəkələrdə Dənizkənarı Milli Park ərazisində gənc oğlanın qışqıraraq qeyri-adekvat hərəkətlər etdiyini əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin şəxs aqressiv şəkildə qışqıraraq kənddən gəldiyini, sevdiyi qızı axtardığını deyib.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, gəncin şəxsiyyəti müəyyən edilib: “İyunun 4-ü və 5-də Dənizkənarı Milli Park ərazisində uca səslə nalayiq ifadələr işlədən şəxslə bağlı vətəndaş müraciətləri daxil olub. Sağlamlıq vəziyyəti nəzərə alınaraq 1997-ci il təvəllüdlü M.Abbasov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib, hazırda onun müalicəsi davam etdirilir”.