Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Son zəng” günü təkcə ona sifarişi çatdırmaq üçün zəngi çalındı...

“Son zəng” günü təkcə ona sifarişi çatdırmaq üçün zəngi çalındı...

Dünəndən sosial şəbəkələrdə bir foto geniş müzakirə mövzusuna çevrilib.

"Xezerxeber.az" iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsal ilə söhbətləşib.

Həmin gün də Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki məktəblərində son zəng çalınır. Son dəfə 9-cu sinfədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.

Vüsal deyir ki, heç ağlına da gəlməzdi ki, fotosu paylaşılar və bir gündə bütün sosial şəbəkələrdə gündəmə çevrilər. Həmin fotoya yazılan bəzi şərhlər onu bir az təsirləndirib də...

Vüsal istəsə də, istəməsə də çalışmağa məcbur olduğunu deyir. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var.  2-si ailəlidir. O, hazırda 2 bacısı, qardaşı və anası ilə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.

Atası o hələ 6 yaşında ikən onları tərk edib və o gündən bir dəfə də olsun axtarmayıb. Deyir ki, xəyal qurmaq ağlının ucundan belə keçmir, çünki buna nə vaxtı var, nə də həvəsi. Tək düşündüyü pul qazanıb evə çörək aparmaqdır. İndi həyat ona xəyal qurmağa imkan verməsə də o, əslində həkim olmaq istəyirmiş.

Bizimlə həmsöhbət olduqdan dərhal sonra Vüsal yenə telefonunu açıb sifariş aparmaq üçün yola düşdü.

Ümid edirik və inanırıq ki, bu gün öz ayaqları üzərində durmağa çalışan, ailəsi üçün xəyal qurmaqdan vaz keçən bu oğlan bir gün xəyallarında o həyatı yaşaya biləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: