Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin“ - TƏBİB-dən AÇIQLAMA

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin“ - TƏBİB-dən AÇIQLAMA

Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxsləri yoluxma ehtimalının qalmasına inandıracağıq.

SHOWNEWS.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Real TV-yə müsahibəsində deyib.

TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onları ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.