Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qazi özünü yandıraraq intihara cəhd etdi

Qazi özünü yandıraraq intihara cəhd etdi

İkinci Qarabağ müharibəsi qazisi İlkin Tağıyev Naftalan Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, ağır yanıq xəsarətləri alan İlkin Tağıyev ilkin müayinədən sonra Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

Hələ ki onun hansı səbəbdən intihara cəhd etdiyi bilinmir.

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cü il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Raayon Prokurorluğunda araşdırma aparılır.