Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Taksometrin taksilərə qoşulmasına ehtiyac duymuruq” - Nazir müavini

“Taksometrin taksilərə qoşulmasına ehtiyac duymuruq” - Nazir müavini

“Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə proses telefonla idarə olunduğu üçün yenidən taksometrin taksilərə qoşulmasına ehtiyac duymuruq”.

 

Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib

Nazir müavini qeyd edib ki, vətəndaşlar smartfondan istifadə etməsə, bu zaman cihaz qoşula bilər: “Sürücü reysqabağı müayinə olunacaq. Hazırda başqa ölkələrin də təcrübəsini nəzərə alaraq taksopark və qarajların yaradılması lazımdır. Vətəndaş və məmur təması olmaması üçün bu prosesi müasir cihazlar vasitəsilə quracağıq. Biz sadəcə şəraitin sahibkar tərəfindən qarajlarda yaradılmasına nəzarət edəcəyik”.