"BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayacaq.
Trend xəbər verir ki, artıq tətbiq üzərindən səfərlər planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkün olacaq.
Tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsi və parol kifayətdir.
Tətbiq üzərindən həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.
Qeyd edək ki, "BakıKart” mobil tətbiqi ötən ay beta versiyada təqdim olunub.